Call Center

  • Истекает 20 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Supertoys komandamıza müştərilərlə telefon və WhatsApp vasitəsilə ünsiyyət quracaq, Azərbaycan və rus dillərində sərbəst danışan Call Center əməkdaşı axtarırıq.

Vəzifə öhdəlikləri

  • Daxil olan telefon zənglərini qəbul etmək və müştərilərin suallarını cavablandırmaq; 
  • WhatsApp üzərindən daxil olan müştəri müraciətlərini operativ şəkildə cavablandırmaq; 
  • Məhsullar, qiymətlər, kampaniyalar, filiallar və xidmətlər haqqında müştərilərə ətraflı məlumat vermək; 
  • Müştərilərin müraciətlərini dinləmək və aidiyyəti şöbələrə düzgün şəkildə yönləndirmək; 
  • Müştərilərə məhsul seçimi ilə bağlı dəstək göstərmək; 
  • WhatsApp və telefon vasitəsilə onlayn satış həyata keçirmək; 
  • Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun məhsul və alternativlər təklif etmək; 
  • Sifarişləri qəbul etmək, düzgün şəkildə rəsmiləşdirmək və aidiyyəti üzrə yönləndirmək; 
  • Çatdırılma, ödəniş və sifariş prosesi ilə bağlı müştəriləri məlumatlandırmaq; 
  • Müştəri şikayət və təkliflərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək; 
  • Müştəri müraciətlərinin sistemdə düzgün qeydiyyata alınmasını təmin etmək; 
  • Şirkətin müştəri xidməti və kommunikasiya standartlarına riayət etmək. 

Namizədə tələblər

  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; 
  • Səlis, aydın və nəzakətli danışıq qabiliyyəti; 
  • Güclü kommunikasiya və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı; 
  • Satış və müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır; 
  • 3CX proqram biliyi üstünlükdür;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq; 
  • Satış yönümlü düşüncə və nəticəyə fokuslanmaq; 
  • Komanda ilə işləmək bacarığı.

Əmək haqqı; 500 Azn + bonus

Müraciət üçün  CV-lərinizi mövzu hissəsində vəzifə adını “Call Center” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly586
  • Monthly1761