E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis

  • Истекает 20 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Supertoys komandamıza e-ticarət və marketplace kanallarının inkişafına cavabdeh olacaq, analitik düşüncəyə və satış yönümlü yanaşmaya sahib E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • Supertoys-un e-ticarət platforması və marketplace kanallarında(Wolt, Bolt, Birmarket, Tap.az) məhsulların yerləşdirilməsi və aktuallığının qorunması;
  • Yeni məhsulların platformalara vaxtında əlavə edilməsi; 
  • Məhsul adları, təsvirləri, xüsusiyyətləri, qiymətləri, şəkilləri və digər məlumatların düzgün daxil edilməsi; 
  • SEO tələblərinə uyğun olaraq məhsul adları, təsvirləri və açar sözlərin optimallaşdırılması
  • Qiymət, stok və məhsul mövcudluğu məlumatlarını mütəmadi yeniləmək; 
  • Marketplace-lərdə məhsulların görünürlüğünü və satış performansını artırmaq üçün təkliflər hazırlamaq; 
  • Kampaniya, endirim və xüsusi təkliflərin marketplace platformalarında vaxtında tətbiq edilməsini təmin etmək; 
  • Marketplace-lərin kampaniya imkanlarını araşdırmaq və satışın artırılması üçün yeni mexanikalar təklif etmək; 
  • Məhsul satışları, sifariş sayı, dövriyyə, orta çek, conversion və digər əsas KPI-ları izləmək; 
  • Marketplace-lər üzrə satış nəticələrini analiz etmək və aylıq/həftəlik hesabatlar hazırlamaq; 
  • Satışı yüksək və aşağı olan məhsulları müəyyən etmək və müvafiq aksiyalar təklif etmək;  
  • Marketinq, satınalma, satış, anbar və IT komandaları ilə koordinasiyalı işləmək; 
  • Marketplace tərəfdaşları ilə operativ kommunikasiya aparmaq; 
  • Müştəri təcrübəsinin və onlayn alış prosesinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; 
  • Rəqiblərin marketplace-lərdə qiymət, çeşid, kampaniya və təqdimatlarını monitorinq etmək; 

Namizədə tələblər

  • E-ticarət və ya marketplace sahəsində iş təcrübəsi; 
  • Marketplace platformalarının iş prinsiplərini bilməsi; 
  • Məhsul kontentinin idarə olunması üzrə praktiki təcrübə; 
  • Satış göstəricilərinin və hesabatların analiz edilməsi bacarığı; 
  • Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti; 
  • Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı; 
  • Rus və ya ingilis dilini bilmək üstünlükdür. 
  • Uşaq məhsulları və retail sahəsində təcrübə üstünlükdür. 

Əmək haqqı: 1000-1200 AZN (Əməkdaşın bilik və bacarıqlarına uyğun təyin olunacaq)

Müraciət üçün  CV-lərinizi mövzu hissəsində vəzifə adını “E-ticarət və Marketplace üzrə Baş Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily52
  • Weekly517
  • Monthly1694