SuperToys komandası böyüməyə davam edir!
Premium mağazamızın idarə edilməsini həyata keçirəcək, yüksək xidmət standartlarını təmin edəcək və satış nəticələrinə rəhbərlik edəcək peşəkar Mağaza Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Mağazanın gündəlik fəaliyyətini təşkil və idarə etmək;
- SuperToys standartlarının və premium xidmət keyfiyyətinin təmin edilməsinə nəzarət etmək;
- Satış hədəflərini müəyyənləşdirmək və icrasını təmin etmək;
- Komandanı idarə etmək, motivasiya etmək və inkişaf etdirmək;
- Müştəri məmnuniyyətini və VIP müştərilərə fərdi yanaşmanı təmin etmək;
- Mağazanın merçendayzinq, kassa, anbar və stok proseslərinə nəzarət etmək;
- Satış göstəricilərini təhlil etmək, nəticələrin artırılması üçün təkliflər hazırlamaq;
- Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Pərakəndə satış sahəsində minimum 5 il iş təcrübəsi;
- Mağaza idarəçiliyi və komanda rəhbərliyi üzrə minimum 5 il təcrübə;
- Rus dili mütləqdir (sərbəst danışıq səviyyəsində);
- Güclü liderlik və idarəetmə bacarıqları;
- Yüksək səviyyəli ünsiyyət və müştəriyönümlülük;
- Analitik düşünmə və satış göstəricilərini təhlil etmək bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office və satış proqramları ilə işləmək bacarığı.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
- Peşəkar inkişaf və karyera imkanları;
- Dinamik və inkişafyönümlü iş mühiti.
Əmək haqqı: 1300–1700 AZN
CV-lərinizi mövzu hissəsində “Premium Mağaza Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.