TikTok platformasında kreativ kontent strategiyasının hazırlanmasına, video istehsalı prosesinin idarə olunmasına və TikTok komandasının fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- TikTok səhifəsi üçün kontent strategiyasının hazırlanması və həyata keçirilməsi;
- TikTok səhifələrinin inkişafı üçün təkliflərin hazırlanması;
- TikTok bölməsinin gündəlik fəaliyyətinin idarə olunması;
- Ssenarist, TikTok komandası və analitikin işinin koordinasiyası;
- Kreativ video ideyalarının və ssenarilərin hazırlanmasına rəhbərlik etmək;
- Çəkiliş proseslərinin planlaşdırılması və təşkilinə nəzarət etmək;
- TikTok trendlərini və platformadakı yenilikləri izləyərək tətbiq etmək;
- Kontentlərin keyfiyyətinə, müntəzəm paylaşımına və səhifənin inkişafına nəzarət etmək;
- TikTok LIVE yayımlarının təşkili və idarə olunması;
- Video baxışları, izləyici artımı və digər analitik göstəricilərin təhlili;
- Komanda üzvlərinin fəaliyyətini qiymətləndirmək və effektiv iş bölgüsünü təmin etmək;
- Aylıq kontent planlarının və fəaliyyət hesabatlarının hazırlanması.
Namizədə tələblər
- SMM sahəsində minimum 3 il iş təcrübəsi;
- TikTok platformasının iş prinsipləri və alqoritmləri haqqında bilik;
- TikTok hesablarının idarə olunması üzrə praktiki təcrübə;
- Komanda idarəetməsi və liderlik bacarıqları;
- Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti;
- Video kontent və ssenari hazırlanması üzrə biliklər;
- Analitik düşüncə və nəticəyönümlülük;
- Təşkilatçılıq və operativ qərarvermə bacarığı.
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.