SƏTƏM mütəxəssisi

  • Истекает 2 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SƏTƏM sahəsində ilkin bilikləri olan və bu istiqamətdə öyrənərək işləmək və inkişaf etmək istəyən namizədlərə tərəfimizdən dəstək göstəriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Yeni layihələr üzrə SƏTƏM Planı, Risklərin Qiymətləndirilməsi və digər tələb olunan SƏTƏM sənədlərinin hazırlanması;
  • SƏTƏM mövzuları üzrə təlimlərin təşkili və keçirilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • İş sahələrində təhlükəsizlik tələblərinə əməl olunmasının mütəmadi yoxlanılması.

Tələblər:

  • Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
  • Rus və ingilis dili bilikləri;
  • SƏTƏM sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • SƏTƏM sahəsində ilkin biliklərə malik olmaq və bu istiqamətdə öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatları: 09:00–18:00 (şənbə günü 09:00–15:00);
  • Əmək haqqı: 800 AZN;
  • İş yeri: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 5-ci küçə 58;
  • İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həyata keçirilir.

Müraciət üçün CV formasını mövzu yerinə “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

  • Daily122
  • Weekly484
  • Monthly370