"Synergy Partnership" Jurnalistika və PR üzrə Təcrübəçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
- PR mətnlərinin (mətbuat relizləri, məqalələr) hazırlanması və redaktəsi;
- PR sorğularının keçirilməsi, sorğu nəticələrinin təhlili və hesabatlaşdırılması;
- Media monitorinqinin aparılması və hesabatların hazırlanması;
Namizədə tələblər:
- PR, Jurnalistika, Kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsil (sonuncu kurs tələbələri və ya yeni məzunlar);
- Azərbaycan dilində səlis yazı və nitq qabiliyyəti;
- Operativ, məsuliyyətli və komandada işləmək bacarığı;
İş şəraiti:
- Təcrübə müddəti: 3 ay (Ödənişlidir);
- Bazar ertəsi – Cümə: 09:00–18:00;
- Ayda 1 dəfə şənbə günü: 10:00–14:00.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.