Bizə qoşul! Yaradıcı və enerjili komandamıza Motion Designer axtarırıq! Əgər sən animasiya, qrafika və dizayn dünyasını sevirsənsə, müasir trendləri izləyirsənsə və öz işini peşəkar səviyyədə icra edirsənsə — səni komandamızda görmək istəyirik!
Tələblər:
- Motion design sahəsində ən azı 3 il təcrübə
- Adobe After Effects, Adobe Premiere, Illustrator və digər dizayn proqramlarında peşəkarlıq
- 2D animasiya üzrə biliklər (3D biliyi üstünlükdür)
- Kreativ düşüncə və vizual hekayəçilik bacarığı
- Komanda ilə işləmək və deadline-lara riayət etmək bacarığı
Vəzifələr:
- Sosial media və digər platformalar üçün qısa video və animasiyaların hazırlanması
- Brendin vizual tələblərinə uyğun kontentlərin yaradılması
- Mövcud vizual materialların canlandırılması və yenilənməsi
- Kreativ konseptlərin təqdim olunması və həyata keçirilməsi
İş qrafiki:
- Həftə içi: 09:00–18:00 və ya 10:00–19:00 (namizədin seçimindən asılı olaraq)
- Ayda bir dəfə şənbə günü iş günü olur
- Əmək haqqı və bacarıqlara əsasa formalaşacaq
Müraciət üçün CV və Portfolionuzu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.