Komandamıza təcrübəli “Project Manager” axtarırıq.
Tələblər:
- Bakalavr dərəcəsi;
- CRM, PR, strateji kommunikasiya, marketinq və ya layihələrin idarəedilməsi sahəsində minimum 2 il iş təcrübəsi (PR sahəsində iş təcrübəsi üstünlükdür.);
- Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi üstünlükdür);
- Komanda və müştəri ilə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Mövcud müştərilərin işlərinin layihələşdirilməsi və komanda üzvlərinə brieflərin ötürülməsi;
- Sifarişlərin effektiv şəkildə icra edilib müştəriyə təhvil verilməsinin təmin edilməsi;
- Mövcud müştəri bazasının məmnuniyyətinin və yeni müştərilərin cəlb edilməsinin təmin edilməsi;
- Layihə və qiymət təkliflərinin hazırlanması;
- Hesabatların hazırlanması;
- Müştəri tərəfindən gələn tapşırıqların yerinə yetirilməsi;
- Tərəfdaşlarla effektiv və səmərəli əlaqələrin təmin edilməsi.
İş rejimi: Həftənin I-V günləri 09:00-18:00 \ 10:00-19:00 (ayda 1 dəfə şənbə günü naharadək)
Əməkhaqqı: Namizədinin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaq.
Müraciət qaydası: Vakansiya ilə maraqlanan şəxslər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilər.
Şirkət haqqında: 16 ildir ki, fəaliyyət göstərən “Synergy Partnership” 360 dərəcə kommunikasiya xidmətləri təklif edir. Strateji kommunikasiyalar, PR, Marketinq, SMM, tədbirlərin təşkili sahəsində ölkənin qabaqcıl şirkətlərinin tərəfdaşıdır.
www.synergy.az
https://www.instagram.com/synergypartnership/
https://www.instagram.com/events.bysynergy/