Satış Meneceri

  • Истекает 11 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Synergy Partnership Satış Meneceri axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışı və müştəri bazasının genişləndirilməsi;
  • Müştərilərlə görüşlərin təşkili, ehtiyacların müəyyənləşdirilməsi və xidmətlərin təqdim edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Müqavilələrin bağlanmasının təmin edilməsi və prosesin izlənilməsi
  • Satış planlarının icrası və müəyyən edilmiş aylıq/illik hədəflərə nail olunması;
  • Müştəri məmnuniyyətinin qorunması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
  • Bazar və rəqiblərin araşdırılması
  • PR, marketinq, reklam və tədbir xidmətlərinin satışının həyata keçirilməsi.

Namizədə tələblər:

  • Satış və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • İşgüzar danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
  • Aktiv satış və yeni müştərilərin cəlb edilməsi üzrə bacarıqlar;
  • Analitik düşüncə və bazar araşdırması aparmaq qabiliyyəti;
  • Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar yanaşma;
  • Komandada işləmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür.

Əməkhaqqı:

  • Müsahibə nəticəsində namizədin təcrübə və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən ediləcək.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00–18:00
  • Ayda 1 dəfə şənbə günü: 10:00–14:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly608
  • Monthly1084