İş barədə məlumat:
- Şöbə: İaşə
- İşəgötürən: “Hilton Garden Inn Aghdam Hotel” MMC
- Ünvan: Ağdam şəhəri, Azərbaycan
Əmək funksiyası:
- Likyor, soda, su, şəkər və turş məhlullar kimi qarışıq inqrediyentlərdən istifadə etməklə kokteyl və digər içkilər hazırlamaq;
- Sifariş əsasında isti və soyuq, spirtli və spirtsiz içkilər hazırlamaq;
- Müştərilərə şərab, çəllək və ya şüşə pivələr təqdim etmək;
- İçki reseptlərinə uyğun olaraq inqrediyentləri qarışdırmaq və ya yeni reseptlər hazırlamaq;
- Ehtiyac yaranarsa, müştərilərə içki və ərzaqların uyğunluğu və istehlakı haqqında məsləhətlər vermək;
- Malların inventarlaşdırmaq, təchizatlar üzrə sifariş vermək;
- Barın menyusu və içki siyahılarını planlaşdırmaq və təklif etmək;
- Tullantıları müvafiq qaydada çeşidləmək və idarə etmək;
- Şüşə qabları yumaq və silmək, istifadədən sonra xidmət ərazisini təmizləmək;
- Texniki avadanlıqların istismarına və təmizliyinə nəzarət etmək;
- Ödəniş əməliyyatlarının idarə edilməsi və nəzarət edilməsi;
- Sifariş olunan məhsulların qeydiyyat sisteminə vurulmasına nəzarət edilməsi;
- Qeydiyyat sisteminə vurulmayan məhsulların satışa buraxılmaması və təhvil verilməməsi;
- Qeydiyyat sisteminə vurulan məhsulların hazırlanması və təhvil verilməsi;
- Sifariş olunan məhsulları qeydiyyat sistemindən çıxarılan qəbzlə birlikdə təhvil verilməsi
Tələblər:
Təhsil:
- Orta;
Bilik və Bacarıqlar:
- Dözümlülük;
- Səmərəlilik;
- İnqrediyentləri xüsusi içkilərə və ya kokteyllərə daxil etmə bacarığı;
- Yaradıcı düşüncə;
- İçkilər və kokteyllər haqqında məlumatlı olmaq;
- Etibarlılıq;
- Dəqiqlik və detallara diqqət.
Kompüter bilikləri:
- MC Excel;
- MİCROS;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: 2 (iki) gün.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Tibbi sığorta;
İş yeri:
- Ağdam şəhəri, Azərbaycan
Müraciət forması:
İşə müraciət üçün elektron poçt ünvanımız Müraciət Et düyməsində qeyd olunub. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.