TABİA Group TABİA Group
  • 777

Yerli Satınalmalar üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerli Satınalmalar üzrə menecer

  • Deadline 5 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: Təchizat və logistika 

Ünvan: Neftçilər prospekti 153, PBT   

Əsas vəzifə və funksiyalar

Satınalma Planlaşdırılması

  • Mərkəzi satınalma strategiyasına uyğun olaraq məhsul kateqoriyalarını qruplaşdırır və səmərəliliyin artırılması məqsədilə qruplaşdırılmış alışları (sorğuları, tenderləri) təşkil edir;
  • Satınalma planlarını və çatdırılma qrafiklərini hazırlayır;
  • Mərkəzi satınalma strategiyasına uyğun olaraq məhsul kateqoriyalarını qruplaşdırır;
  • Təkrarlanan məhsullar üzrə çərçivə müqavilələrinin tətbiqini təmin edir.

Qiymət Sorğusu və Təchizatçı Seçimi

  • Yerli bazarda mövcud təchizatçılardan qiymət təklifləri (RFQ) toplayır və müqayisə cədvəli (TQF) tərtib edir;
  • Satınalma prosedurlarına uyğun olaraq seçim aparır;
  • Qiymət, keyfiyyət və çatdırılma müddətinə əsasən ən sərfəli təchizatçını müəyyənləşdirir;
  • Tələb olunan hallarda nümunə sifarişlərini təşkil edir və keyfiyyət testlərinə nəzarət edir;
  • Satınalma qərarını Qrup Satınalma Direktoru ilə razılaşdırır.

Müqavilə və Sifarişlərin İdarə Edilməsi

  • Satınalma sifarişlərini (PO) ERP sistemində tərtib edir və təsdiq etdirir;
  • Müqavilə şərtlərinin icrasına nəzarət edir (çatdırılma, keyfiyyət, miqdar və s.);
  • Gecikmə və uyğunsuzluq hallarında təchizatçılarla tədbirlər planı hazırlayır;
  • Satınalmalar üzrə daxili sənədləşmə və audit izlərini qoruyur.

Təchizatçı İdarəetməsi

  • Müəssisələrdən təsdiq üçün göndərilmiş satınalmaları analiz edir və Təchizat və Logistika direktoruna statusları barədə məlumat verir;
  • Yerli təchizatçı bazasını formalaşdırır və “Təsdiqlənmiş Təchizatçılar Siyahısı” bazasının yenilənməsini təmin edir;
  • Təchizatçıların keyfiyyət, etibarlılıq və xidmət səviyyəsini qiymətləndirir;
  • Yeni təchizatçıların seçilməsi və qeydiyyatı zamanı Təchizatçılar Fəaliyyətlərinin Qiymətləndirilməsi Formasını tətbiq edir;
  • Təchizatçılarla mütəmadi danışıqlar aparır və qiymət stabilliyini təmin edir.

Büdcə və Hesabatlıq

  • Satınalmalar üzrə plan-fakt analizləri aparır, qənaət göstəricilərini hesablamaq üçün məlumat bazası yaradır;
  • Tələb olunan hesabatları Qrup Təchizat və Logistika direktoruna təqdim edir;
  • Satınalma əməliyyatlarının büdcə çərçivəsində icrasına cavabdehdir.

Əlaqələndirmə və Daxili Kommunikasiya

  • Hotellərin satınalma və anbar komandaları ilə sıx əməkdaşlıq edir;
  • Baş Ofisə və hotellərə bazar qiymət trendləri, sezon dəyişiklikləri və təchizat riskləri barədə məlumat verir;
  • İT şöbəsi ilə birlikdə satınalma sistemlərində (ERP) məlumatların düzgünlüyünə nəzarət edir;
  • Audit və daxili yoxlamalar zamanı sənədləri təqdim edir.

Məsuliyyət və Səlahiyyətlər

  • Satınalma qərarlarını yalnız təsdiqlənmiş büdcə və səlahiyyət çərçivəsində verir; 
  • Təchizatçılarla etik prinsiplər və şəffaflıq qaydalarına əməl edir; 
  • Qrupdaxili müəssisələrə mütəmadi ezam olunmağa hazır olmalıdır;
  • Təchizatçı məlumatlarının və kommersiya məlumatlarının məxfiliyinə cavabdehdir;
  • Uyğunsuzluqlar aşkarlandıqda dərhal Qrup Satınalma Direktorunu məlumatlandırır.

Bilik, Bacarıq və Təcrübə tələbləri

Tələblər

  • Təhsil - Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya Menecment sahəsində)
  • Təcrübə - Minimum 5 il satınalma və ya təchizat sahəsində iş təcrübəsi; hhotel sektoru təcrübəsi üstünlükdür
  • Dil bilikləri - Azərbaycan dili (əla), İngilis dili (orta səviyyə), Rus dili (arzuolunandır)
  • Kompüter bilikləri - MS Excel, Word, ERP (iScala və ya oxşar sistemlər)
  • Şəxsi keyfiyyətlər - Analitik düşüncə, danışıqlar bacarığı, məsuliyyət, nəticəyönümlülük, vaxtın idarə edilməsi bacarığı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly661
  • Monthly668