T Taghiyev Operating Company
  • 542

Təmirçi-çilingər

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təmirçi-çilingər

  • Истекает 24 май 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Taghiyev Operating Company MMC neft və qaz əməliyyatlarını dəstəkləmək adına komandaya qoşulmaq üçün neft və qaz hasilatı müəssisələrində istifadə olunan müxtəlif mexaniki avadanlıqların saxlanması, nasazlıqların aradan qaldırılması və təmirini həyata keçirəcək çilingər axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Qazma və neft-mədən avadanlıqlarını, mürəkkəb qovşaq və mexanizmləri sökmək, təmir etmək, yığmaq və sınamaq.
  • Aqreqat və maşınları təmir etmək, quraşdırmaq və sökmək, sınamaq, tənzimləmək, sazlamaq və təmirdən sonra təhvil vermək.
  • Detal və qovşaqların 7-10-cu kvalitetlər (2-3-cü dəqiqlik dərəcələri) üzrə çilingər emalını aparmaq
  • Təmir və quraşdırmaq üçün mürəkkəb alətləri düzəltmək.
  • Təmir üçün qüsurlar siyahısını tutmaq.
  • Qaldırıcı nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərini yerinə yetirmək. 

Tələb olunan bacarıqlar və kvalifikasiyalar: 

  • Təmir olunan avadanlığın, aqreqat və maşınların quruluşu üzrə biliklər
  • Maşın və avadanlıqların təmiri, yığılması, sınanması prosesində qüsurların aradan qaldırılması bacarıqları
  • Mürəkkəb nəzarət-ölçü alətinin quruluşunu, təyinatını və tətbiq şərtləri üzrə biliklər 
  • Universal və xüsusi ləvazimatın konstruksiyasını, müxtəlif qeyri-mürəkkəb detalların nişanlama və emal üsullarını, oturtmalar, kvalitetlər və nahamarlıq parametrlər sistemi üzrə biliklər 
  • Turşuyadavamlı və başqa ərintilərin xassələri üzrə biliklər
  • Avadanlığın planlı xəbərdarlıq təmirinin müddəaları üzrə biliklər
  • Peşə sertifikatı VƏ YA müvafiq sahə üzrə alt dərəcədə ən azı 6 ay olmaqla iş staj

İş yeri: Bakı şəhəri (Qala, Maştağa, Buzovna, Zirə qəs.)

Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Müraciət üçün:

Mövzu hissəsində “Təmirçi-çilingər” yazaraq e-mail ünvanına öz CV-inizi göndərə bilərsiniz.

Yalnız vakansiyaya uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly663
  • Monthly1589