Vəzifənin məqsədi:
- Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin təhlükəsiz, keyfiyyətli və planlı şəkildə icrasını təmin etmək, sahəyə baxış keçirərək işin mürəkkəbliyini müəyyənləşdirmək və icraçı komandanı idarə etmək.
Əsas vəzifələr:
- Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini planlaşdırmaq və icra etmək
- Sahəyə baxış keçirərək işin mürəkkəbliyini və xərcləri müəyyənləşdirmək
- İstifadə olunacaq kimyəvi vasitələri və avadanlıqları təyin etmək, uçotunu aparmaq
- İcraçı komandanı koordinasiya etmək və tapşırıqlar vermək
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Görülmüş işlər barədə yazılı hesabat hazırlayıb rəhbərliyə təqdim etmək
Tələb olunan bilik və bacarıqlar:
- Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri bilik və praktiki təcrübə
- Komandanı idarəetmə və koordinasiya bacarığı
- Kimyəvi vasitələrin təhlükəsiz istifadəsi və uçotu üzrə bilik
- Hesabat hazırlama və təqdim etmə bacarığı
- Məsuliyyətli, operativ və problem həll etmə bacarığı
Arzuolunan tələblər:
- Minimum 6 ay müvafiq sahədə iş təcrübəsi
- Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsi üzrə sertifikatların olması arzuolunandır.
CV-nizi mövzu hissəsində “Dezinfeksiya İşləri üzrə Nəzarətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.