TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Elektrik” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müəssisənin elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək
- Elektrik mühərriklərinə, paylayıcı lövhələrə, avtomat açarlara, işıqlandırma sistemlərinə və digər elektrik qurğularına texniki xidmət göstərmək
- Elektrik sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq
- Elektrik avadanlıqlarının profilaktik baxışını və planlı təmirini həyata keçirmək
- Elektrik xətlərinin, kabellərin və birləşmələrin texniki vəziyyətini yoxlamaq
- Elektrik enerjisindən səmərəli və qənaətli istifadə olunmasına nəzarət etmək
- Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək
- Təmir və quraşdırma işləri zamanı müvafiq texniki norma və standartlara əməl etmək
Namizədə tələblər:
- Müvafiq vəzifə üzrə 3-5 il iş təcrübəsi
- Müvafiq elektrik təhlükəsizliyi üzrə bilik və ixtisas səviyyəsinə malik olmaq
- Komandada işləmək bacarığı
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq
- İş prosesini düzgün planlaşdırmaq və vaxtı səmərəli idarə etmək
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri: TAİS-İKF MMC
- Ünvan: Bakı şəhəri
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.