TAİS İKF MMC komandamıza peşəkar və nəticəyönümlü Qida və İçki üzrə Menecer (Food & Beverage Manager) axtarırıq.
Vəzifə öhdəlikləri:
- Qida-içki xidmətlərinin gündəlik əməliyyat fəaliyyətinin idarə olunması
- Şirkətin ümumi biznes strategiyasına uyğun olaraq Food & Beverage istiqaməti üzrə inkişaf və gəlirlilik strategiyalarının hazırlanması və tətbiqi
- Qonaq təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi məqsədilə xidmət standartlarının monitorinqi və innovativ yanaşmaların tətbiq edilməsi
- Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi
- F&B komandasının idarə olunması, motivasiyası və iş bölgüsünün təşkili
- Satış və xidmət göstəricilərinin artırılması üzrə fəaliyyət planlarının hazırlanması və icrası
- Menyu, qiymətləndirmə və xidmət standartlarının tətbiqinə nəzarət
- Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsi
- Stok, inventar və maya dəyəri idarəçiliyinə nəzarət
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
- Əməliyyat xərclərinin optimallaşdırılması və effektiv idarə olunması
Tələblər:
- Hospitality, restoran(HORECA) və ya hotelçilik sahəsində minimum 3-5 il iş təcrübəsi
- Food & Beverage sahəsində idarəetmə təcrübəsi
- HACCP sertifikatı üstünlükdür
- Liderlik, təşkilatçılıq və komanda idarəetmə bacarığı
- Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür
- MS Office proqramlarında işləmək bacarığı
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma
Biz təklif edirik:
- Dinamik və inkişaf yönümlü iş mühiti
- Böyüyən şəbəkədə karyera imkanları
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qida və İçki üzrə Menecer (Food & Beverage Manager)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.