Satınalma və Logistika meneceri

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Satınalma və Logistika meneceri” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma və təchizat ehtiyaclarını müəyyənləşdirmək
  • Təchizatçılar üzrə bazar araşdırması aparmaq və qiymət təklifləri toplamaq
  • Optimal qiymət və keyfiyyət şərtləri əsasında təchizatçıları seçmək
  • Satınalma sifarişlərini hazırlamaq və icrasını təşkil etmək
  • Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq əlaqələrini qurmaq
  • Satınalma müqavilələrinin hazırlanması və icrasına nəzarət etmək
  • Satınalma büdcəsinə və xərclərə nəzarət etmək
  • Təchizatçılar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək
  • Çatdırılma zamanı yaranan gecikmə, çatışmazlıq və digər problemlərin həllini təşkil etmək
  • Satınalma xərclərinin optimallaşdırılması və büdcədən səmərəli istifadə ilə bağlı tədbirlər görmək
  • Anbar və logistika bölmələri ilə koordinasiyanı təmin etmək
  • Satınalma və təchizat fəaliyyəti üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahə üzrə).
  • Satınalma və təchizat sahəsində minimum 5 il iş təcrübəsi.
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı.
  • Analitik düşünmə və problem həll etmə bacarığı.
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş rejimi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş yeri: TAİS-İKF MMC
  • Ünvan: Bakı şəhəri

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma və Logistika meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly477
  • Monthly1941