Satış Meneceri (B2B / B2C)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri (B2B / B2C)

  • Deadline 15 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

TAİS İKF MMC komandamıza peşəkar və nəticəyönümlü Satış Meneceri (B2B / B2C) axtarırıq.

Vəzifənin məqsədi

  • Şirkətin məhsul və xidmətlərinin B2B və B2C seqmentlərində effektiv satışını təmin etmək, satış strategiyalarının icrasında aktiv iştirak etmək, müştəri portfelini genişləndirmək və uzunmüddətli müştəri münasibətlərinin qurulmasına töhfə vermək.

Əsas vəzifə və funksiyalar

  • B2B və B2C satış fəaliyyətlərinin planlaşdırılması və icrası
  • Yeni müştərilərin cəlb edilməsi, ilkin danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
  • Mövcud müştəri portfelinin idarə olunması və müştəri məmnuniyyətinin təmin edilməsi
  • Satış müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasına nəzarət
  • Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyən edilməsi
  • Satış planlarının icrasına nəzarət və nəticələr üzrə mütəmadi hesabatların hazırlanması
  • Satış hədəflərinin və KPI göstəricilərinin yerinə yetirilməsi
  • Müştəri ehtiyaclarının təhlili və uyğun satış həllərinin təqdim olunması
  • Potensial tərəfdaşlar və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıqların qurulması
  • Satış sonrası müştəri əlaqələrinin idarə olunması və xidmət keyfiyyətinə nəzarət edilməsi
  • Şirkətin marketinq və reklam kampaniyalarında aktiv iştirak edərək satışların artırılmasına yönəlmiş təşəbbüslərə dəstək verməsi
  • CRM və satış pipeline proseslərinin effektiv idarə olunması

Tələb olunan bilik və bacarıqlar

  • B2B və B2C satış sahəsində minimum 3 il iş təcrübəsi
  • Effektiv ünsiyyət, danışıqlar aparma və təqdimat bacarıqları
  • Satış strategiyalarının icrası və nəticəyönümlü yanaşma
  • Müştəri münasibətlərinin idarə olunması bacarığı
  • Analitik düşünmə və hesabat hazırlamaq bacarığı
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
  • Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür

Arzuolunan bacarıqlar / əlavə üstünlüklər

  • CRM sistemləri ilə işləmə təcrübəsi
  • Aktiv satış və danışıqlar üzrə təlim və sertifikatlar
  • Xidmət və ya korporativ satış sahəsində təcrübə
  • FMCG, hospitality və ya xidmət sektorunda satış təcrübəsi üstünlük hesab olunur
  • Korporativ müştəri bazası ilə işləmə təcrübəsi
  • Bazar araşdırması və satış analitikası üzrə biliklər

Biz təklif edirik:

  • Dinamik və inkişaf yönümlü iş mühiti
  • Böyüyən şəbəkədə karyera imkanları

 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri (B2B / B2C)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly574
  • Monthly1380