Satış mütəxəssisi

  • Истекает 1 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müştərilərimizə sənaye və peşəkar təmizlik kimyəviləri, təmizlik maşınları, avadanlıqları və sərfiyyat materiallarının satışını həyata keçirəcək, nəticə yönümlü “Satış mütəxəssisi” axtarırıq

Vəzifə öhdəlikləri:

  • Yeni B2B müştərilərin axtarılması və cəlb edilməsi bacarığı
  • Otel, restoran, istehsalat müəssisələri, ofislər və digər korporativ müştərilərə ziyarətlər edilməsi
  • Peşəkar təmizlik kimyəviləri, təmizlik maşınları və sərfiyyat materiallarının təqdimatı və satış bacarığı
  • Müştəri ehtiyaclarının analiz edilməsi və uyğun təmizlik həllərinin təklif olunması
  • Məhsul təqdimatları və satış görüşlərinin keçirilməsi
  • Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin izlənilməsi
  • Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi
  • Satış hədəflərinin yerinə yetirilməsi
  • CRM sistemində müştəri və satış fəaliyyətinin qeydiyyatı

Namizədə tələblər:

  • Satış sahəsində minimum 2il iş təcrübəsi
  • B2B satış təcrübəsi üstünlükdür
  • Təmizlik kimyəviləri, peşəkar təmizlik avadanlıqları və ya HORECA sektorunda təcrübə üstünlükdür
  • Güclü ünsiyyət və inandırma bacarığı
  • Aktiv satış və müştəri ziyarətlərinə hazır olmaq
  • Nəticə və hədəf yönümlü olmaq
  • B kateqoriyalı sürücülük vəsiqəsi, şəxsi avtomobilinin olması
  • Azərbaycan dilində yaxşı ünsiyyət bacarığı
  • Rus dili və ingilis dili ünsiyyət bacarıqları üstünlükdür

Biz nə təklif edirik:

  • Rəqabətcil əmək haqqı + satış bonusu
  • Məhsul və satış üzrə peşəkar təlimlər
  • Beynəlxalq və tanınmış brendlərlə işləmək imkanı
  • Karyera inkişafı və peşəkar inkişaf imkanları

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: 5 günlük iş rejimi
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily82
  • Weekly556
  • Monthly192