Süfrə restoranı komandamıza məsuliyyətli və çevik “Yeməkxana işçisi” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Sifarişləri düzgün və vaxtında mətbəxə yönləndirmək;
- Yemək və içkilərin servis qaydalarına uyğun təqdim olunmasını təmin etmək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
- Masa və servis sahəsinin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
- Mal qəbulu prosesinə dəstək vermək;
- Komanda ilə koordinasiyalı işləmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək;
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Gigiyena və xidmət qaydalarına riayət etmək;
- Məsuliyyətli, çevik və komanda ilə işləmə bacarığı;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşmə;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir;
- Ünvan: Süfrə restoranı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yeməkxana işçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.