Marketinq agentliyinə "Satış üzrə mütəxəssis" axtarılır.
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının genişləndirilməsi;
- Müştəri tələbatlarının öyrənilməsi və uyğun həllərin təklif edilməsi;
- Müştərilərlə görüşlərin keçirilməsi;
- Bazar araşdırması edərək, lazımi şirkətlərə təkliflərin göndərilməsi.
Tələblər:
- Satış sahəsində (Marketinq agentliyində) təcrübə (ən azı 1 ildən yuxarı);
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Güclü danışıq və kommunikasiya bacarıqları;
- Məqsədyönlü və nəticəyönümlü işləmə tərzi;
- Azərbaycan dilində səlis danışıq (rus dili və ingilis dili üstünlükdür);
- Komanda ilə işləmə və məsuliyyət hissi.
Əmək haqqı: Bilik və bacarığa əsasən təyin olunacaq (Əmək haqqı+bonus istemi)
Tələblərə uyğun şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.