E-ticarət üzrə menecer/Məhsul sahibi

  • Истекает 30 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • E- ticarət platformalarında (Tamstore e-ticarət platforması, Tamstore mobil tətbiqi,wolt, boltfood və s.)  müəssisənin səmərəli fəaliyyətinin təmin olunması; 
  • Yeni yaradılacaq e-ticarət sisteminin (app və ya sayt) qurulmasına rəhbərlik etmək və bütün prosesləri koordinasiya etmək;
  • Onlayn satışın artırılması üçün bazar araşdırmaları aparmaq və inkişaf istiqamətlərini müəyyənləşdirmək;
  • Məhsulun ideyadan başlayaraq istifadəyə verilməsi və sonrakı inkişaf mərhələlərinə qədər bütün prosessi idarə etmək;
  • Satış və istifadəçi davranışlarını analiz edərək platformanın effektivliyini artırmaq;
  • Texniki komanda, marketinq və satış komandaları ilə koordinasiyalı işləmək;
  • Platformanın performansını analitik alətlərlə izləmək;
  • Data əsaslı qərarlar qəbul edərək satış və istifadəçi təcrübəsini inkişaf etdirmək;
  • Texniki tapşırıqları (technical requirements) yazmaq;
  • İnteqrasiya (proses və ya texniki) məsələlərini həll etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes proseslərin qurulması və optimallaşdırılması bacarığı;
  • Onlayn satış və e-commerce üzrə güclü anlayış;
  • Liderlik və komanda idarəetmə bacarığı;
  • Analitik düşünmə və strateji yanaşma.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Biznes, Marketinq və ya əlaqəli sahə üzrə);
  • E-ticarət, onlayn satış və ya digital məhsul idarəçiliyi üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Mobil tətbiq və web platformaların qurulması və idarə olunması üzrə təcrübə;
  • Retail sektorunda təcrübə üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 45 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “E-ticarət üzrə menecer/Məhsul sahibi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily112
  • Weekly545
  • Monthly112