Əsas vəzifə öhdəlikləri:
- Yeni alınmış vəsaitlərin sistemə daxil edilməsi və müvafiq kodların təyin olunması;
- Yük Gömrük Bəyannamələrinin əlavə xərclərlə birlikdə mühasibat proqramına daxil edilməsi;
- Aylıq təhtəlşəxslərlə hesablaşmalar üzrə hesabatların bağlanılması;
- Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması;
- Əsas vəsaitlər üzrə kreditorlarla üzləşmələrin aparılması;
- Sənədlərin yoxlanılması və ödənişə hazırlanması;
- Əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması və uçotun aparılması;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- İşində dəqiqlik;
- Məsuliyyətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Müvafiq sahə üzrə);
- Təcrübə 2-3il.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əsas vəsaitlər üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.