Əsas vəzifə öhdəlikləri:
- Məhsul kateqoriyaları üzrə strateji inkişaf planlarının hazırlanmasının təşkili;
- Mövcud məhsul portfelinin zənginləşdirilməsi və rəqiblərdən fərqləndirilmənin təmin edilməsi məqsədilə yerli və xarici bazarların təhlili;
- Bazar tələblərinə uyğun olaraq yeni məhsulların araşdırılması və mağaza rəflərində mövcudluğunun təmin edilməsi;
- Tabeliyində olan kateqoriyalar üzrə merçendayzinq standartlarının və düzülüş qaydalarının müəyyən edilməsi;
- Kateqoriyaların effektiv idarə olunması məqsədilə şirkətdaxili struktur bölmələrlə sıx əməkdaşlıq;
- Kateqoriyalar üzrə makro və mikro planoqramların idarə olunması;
- Məhsulların həyat dövrünün təhlili və məhsul portfelinin formalaşdırılması prosesinin təşkili;
- Müəyyən dövrlərdə məhsul portfelinin optimizasiyasını təşkil etmək.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office bilikləri (Spaceman biliyi arzuolunandır);
- İdarəetmə və qərarvermə qabiliyyəti;
- Stressə davamlılıq;
- Kollektivdə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə);
- FMCG və ya Retail sektorunda minimum 3 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kateqoriya inkişaf meneceri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.