Tam Store Tam Store
  • 368

Kateqoriya üzrə kiçik mütəxəssis (PL və idxal)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya üzrə kiçik mütəxəssis (PL və idxal)

  • Deadline 8 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

 

  • Yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü yanaşma ilə alt kateqoriya strategiyalarının yaradılması, Trendlərə və müştəri gözləntilərinə uyğun məhsul çeşidinə qərar vermək;
  • Müqavilə, sifariş, sorğu rabitəsi və həcmi, çatdırılma müddəti əsas təchizatçılarla illik, aylıq, gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya menecerinə hesabat vermək;
  • Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;
  • Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;
  • Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək, ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;
  • Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;
  • Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;
  • Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək;
  • Sistematik işlərin(məhsul tanıtımı, aktivliyin təyin edilməsi və s.) həll edilməsini həyata keçirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • İşində dəqiqlik və detallara diqqətlilik;
  • Kommunikasiya;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.
  • İngilis dili biliyi üstünlükdür.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 il təcrübə;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kateqoriya üzrə kiçik mütəxəssis (PL və idxal)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily55
  • Weekly147
  • Monthly883