Tam Store Tam Store
  • 426

Kateqoriya üzrə mütəxəssis (Südlük)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya üzrə mütəxəssis (Südlük)

  • Deadline 22 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Yaradılan kateqoriya strategiyasına uyğun olaraq müştəri yönümlü yanaşma ilə alt kateqoriya strategiyalarının yaradılması,trendlərə və müştəri gözləntilərinə uyğun məhsul çeşidinə qərar vermək;
  • Müqavilə,sifariş,sorğu rabitəsi və həcmi,çatdırılma müddəti əsas təchizatçılarla illik,aylıq,gündəlik işgüzar əlaqələri idarə etmək və kateqoriya menecerinə hesabat vermək;
  • Məsuliyyət verilən alt kateqoriyalar üçün yeni təchizatçıların, məhsulların və rəqib tendensiyalarının təhlili, müntəzəm olaraq bazar araşdırması aparmaq və kateqoriya menecerinə hesabat vermək;
  • Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlayıb və lazımi tədbirləri görmək üçün araşdırmalar hazırlayaraq, kateqoriya menecerinə təqdim etmək;
  • Kateqoriya ilə mağazalar arasında əlaqəni təmin etmək,ehtiyaclara uyğun olaraq kateqoriya menecerinə məlumat vermək;
  • Kateqoriya hədəflərinə nail olmaq üçün satış, maliyyə, marketinq və logistika ilə əməkdaşlıq edib, işləmək və kateqoriya menecerinin lazımi tədbirlərin görülməsi üçün ilkin hazırlıqları görmək;
  • Şirkətin gəlirlilik hədəfinə çatması üçün müvafiq alt kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun fəaliyyətlər göstərmək, kateqoriya rəhbərinin təsdiqindən sonra tədbirləri hazırlamaq və həyata keçirmək;
  • Şirkətin satış hədəfinə çatması üçün müvafiq kateqoriyalar üzrə təchizatçılarla illik alış və satış hədəflərini yerinə yetirmək və planlaşdırılması üzərində işləmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil
  • Təcrübə 1-3 il.
  • İngilis,rus dillərində səlis danışıq qabiliyyəti arzuolunandır

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kateqoriya üzrə mütəxəssis(südlük)”yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily39
  • Weekly632
  • Monthly1655