Keyfiyyətə Nəzarət üzrə mütəxəssis

  • Истекает 18 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Məhsul və proseslərlə bağlı istehlakçı və daxili şikayətlərin araşdırılması;
  • Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilinin aparılması;
  • Şikayət və problemlərin ISO 9001 və ISO 22000 (HACCP) standartlarının tələbləri çərçivəsində qiymətləndirilməsi;
  • Araşdırma nəticələrinə əsasən texniki rəy və qısa hesabatların hazırlanması;
  • Araşdırma prosesində təchizatçılar, istehsalçılar və daxili bölmələrlə koordinasiyanın təmin edilməsi;
  • Təkrarlanan problemlər üzrə profilaktik və qabaqlayıcı tədbirlərin təklif edilməsi;
  • Araşdırma materiallarının (fotoşəkillər, qeydlər, sübutlar) sistemli şəkildə sənədləşdirilməsi;
  • Planlı aylıq yoxlamaların həyata keçirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • ISO 9001 və ISO 22000 / HACCP standartları üzrə baza biliklər;
  • Problemli və şikayət xarakterli hallarla işləmək, analitik düşünmə bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı;
  • Yazılı hesabatların hazırlanması və nəticələrin aydın, strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə effektiv işləmə qabiliyyəti.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahə);
  • Keyfiyyətə nəzarət və ya araşdırma sahəsində 3 il iş təcrübəsi;
  • AQTA-da işləməsi üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily13
  • Weekly590
  • Monthly1886