Əsas vəzifə öhdəlikləri:
- Debitor və kreditor borclar üzrə aylıq,rüblük üzləşmə aktlarının hazırlanması, göndərilməsi və təsdiqlənməsinin izlənməsi;
- Debitor və kreditor borcların analizi, qalıqların dəqiqliyinin yoxlanılması;
- Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün əlaqədar şöbələrlə işləmək;
- Rəhbərliyə dövri hesabatlar və analitik məlumatların təqdim olunması;
- Audit yoxlamaları üçün tələb olunan üzləşmə sənədlərinin hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
- Vergi və mühasibat uçotu sahəsində biliklər;
- Analitik düşüncə və detallara diqqət;
- Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə);
- Minimum 2 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kreditorlar üzrə mühasib/aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.