Təhlükəsizlik rəisi

  • Истекает 11 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Retail şəbəkəsi üzrə təhlükəsizlik sisteminin təşkili və idarə olunmasının təmin edilməsi; 
  • Mağazalarda təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi; 
  • Maddi dəyərlərin qorunması və itkilərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi; 
  • Təhlükəsizlik risklərinin müəyyən edilməsi və minimallaşdırılması istiqamətində fəaliyyət göstərilməsi; 
  • Videomüşahidə, giriş-çıxış və digər təhlükəsizlik sistemlərinin işinə nəzarət edilməsi; 
  • Fövqəladə hallar zamanı operativ tədbirlərin görülməsi və prosesin idarə olunması; 
  • Təhlükəsizlik əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və nəzarətdə saxlanılması; 
  • Daxili araşdırmaların aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi; 
  • Təhlükəsizlik sahəsində daxili prosedur və qaydaların hazırlanması və tətbiqinin təmin edilməsi. 

Tələb olunan bilik və bacarıqlar:

  • Təhlükəsizlik sahəsi üzrə nəzəri bilik və praktiki iş təcrübəsi; 
  • Risklərin idarə olunması və operativ qərarvermə bacarığı; 
  • Komanda idarəetməsi və liderlik qabiliyyəti; 
  • Analitik düşünmə və problem həll etmə bacarıqları; 
  • Videomüşahidə və təhlükəsizlik sistemləri ilə işləmə bacarığı; 
  • Məsuliyyətlilik, çeviklik və stresə davamlılıq; 
  • MS Office proqramlarında işləmə bacarığı. 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil; 
  • Təhlükəsizlik sahəsində minimum 3–5 il iş təcrübəsi; 
  • Retail sahəsində iş təcrübəsinin olması üstünlükdür; 

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Təhlükəsizlik rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly528
  • Monthly1912