Techart MMC şirkəti olaraq, təmir-tikinti sahəsində peşəkar, işini mükəmməl bilən Universal Təmir Ustası axtarırıq.
Namizədə dair tələblər:
- Təmir-tikinti sahəsində geniş təcrübə.
- Aşağıdakı sahələr üzrə yüksək keyfiyyətli iş bacarığı:
- Alçıpan tavan və arakəsmə işləri;
- Kafel-metlax işləri;
- Elektrik quraşdırılma və montaj işləri;
- Santexnika sistemlərinin quraşdırılması;
- Malyar işləri (divar və tavanların rənglənməsi, üzlük işləri).
- Verilmiş tapşırıqları vaxtında və standartlara uyğun icra etmək bacarığı.
- Məsuliyyətli, səliqəli və intizamlı yanaşma.
İş şəraiti və şərtlər:
- Sınaq müddəti: İşə qəbul olunan şəxs üçün 1 (bir) aylıq sınaq müddəti nəzərdə tutulur. Bu müddət ərzində namizədin peşəkarlıq səviyyəsi və gördüyü işin keyfiyyəti yerində yoxlanılacaqdır. Yalnız işinin ustası olan namizədlər dəyərləndiriləcəkdir.
- Əmək haqqı: 1200 - 1500 AZN (bacarıq və iş keyfiyyətinə əsasən).
- Davamlı iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 099 555 75 75 işə müraciət üçün qeyd olunan nömrə ilə əlaqə saxlanılsın