T Technocare MMC
  • 497

Technocare MMC

Engineering

Elektronika - Avtomatika Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektronika - Avtomatika Mühəndisi

  • Deadline 30 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza yeni üzv axtarırıq!

Tələblər:

  • Ali texniki təhsil (Elektrik mühəndisliyi, Elektronika, Avtomatika və ya əlaqəli sahələr üzrə);
  • Elektrik və avtomatika layihələrinin oxunması, dizaynı və proqram təminatında (AutoCAD, EPLAN, Proteus və s.) işləmək bacarığı;
  • Avtomatlaşdırma sistemləri, PLC, SCADA və ya mikroprosessorlarla işləmə təcrübəsi;
  • Avtomatlaşdırılmış istehsal sistemlərinin idarə olunması üzrə biliklər;
  • Elektron sxemləri oxumaq və tətbiq etmək bacarığı;
  • Elektron komponentlər (rezistor, kondensator, diod, tranzistor və s.) və onların iş prinsipləri barədə biliklər;
  • Mikroprosesorlu və mikro-kontroller əsaslı sistemlərlə işləmə bacarığı (Arduino, Raspberry Pi və s.);
  • Ölçmə cihazları və elektrik test avadanlıqları (multimetr, osiloskop, izolyasiya test cihazı və s.) ilə işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq, ingilis və ya rus dili bilikləri üstünlükdür;
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyəti olmayan və ya xidməti bitirmiş olmaq vacibdir.

Vəzifələr:

  • Elektronika və avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi;
  • Qurğuların və avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Texniki sənədlərin hazırlanması və idarə olunması;
  • Layihə çərçivəsində texniki məsələlərin koordinasiyası və müştəri ilə əməkdaşlıq;
  • Sistemlərin optimallaşdırılması və performansının artırılması;
  • Layihələrin test edilməsi və dəstəklənməsi.

Biz nə təklif edirik?

  • Peşəkar və öyrədici iş mühiti;
  • Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • İş yeri: Bakı
  • İş rejimi: Tam ştat
  • Əməkhaqqı: Razılaşma yolu ilə

Müraciət:

CV-nizi “Elektronika - Avtomatika Mühəndisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə nömrəsi: +994 10 234 63 57,  +994 10 230 70 97

  • Daily36
  • Weekly502
  • Monthly621