Tenderlər üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tenderlər üzrə mütəxəssis

  • Deadline 23 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi; yazışmaların və danışıqların aparılması;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması;

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə min. 2 il iş təcrübəsi;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq
  • Məsuliyyətlilik, problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
  • Kommunikasiya və biznes ünsiyyət bacarığları;

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • İş saatı 08:30-17:30-dək
  • Nahar vaxtı 12:00-13:00-dək 
  • Əmək haqqı: 1000-1200 AZN
  • Azərbaycan Respublikası ƏM-ə uyğun rəsmiləşmə
  • Ünvan: Bakı şəhəri

Uyğun namizədlər mail ünvanına “Tenderlər üzrə mütəxəssis” yazaraq CV-lərini göndərə bilərlər.

  • Daily0
  • Weekly674
  • Monthly1693