Təhsil Texnologiyaları Mərkəzi Təhsil Texnologiyaları Mərkəzi
  • 306

Təhsil Texnologiyaları Mərkəzi

Education , Training & Professional Development

Maliyyə üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə üzrə aparıcı mütəxəssis

  • Deadline 31 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təhsil Texnologiyaları Mərkəzi komandasına Maliyyə üzrə aparıcı mütəxəssis axtarır.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, F.X. Xoyski küçəsi 109
  • İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Vəzifə öhdəlikləri

  • Əməliyyatlarının mühasibat uçotu hesabları üzrə 1C proqram təminatında düzgün əks etdirilməsi və müvafiq hesablara nəzarət;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyə və mükafatların hesablanıb ödənilməsi üçün alt sənədlərin uyğunluğuna nəzarət;
  • Layihələr üzrə büdcə sənədlərinin və hesabatlarının hazırlanmasına nəzarət edilməsi;
  • Aylıq maliyyə bağlanış prosedurunun təmin edilməsi;
  • Bank əməliyyatlarına nəzarət;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Statistika hesabatlarının təqdim edilməsi;
  • Əmək haqqının düzgün hesablanmasına nəzarət;
  • Dövlət orqanlarından daxil olan müraciət və sorğuların cavablandırılması;
  • Vahid muzdlu hesabatın hazırlanması və təqdim edilməsi;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu üzrə sənədləşmədə iştirak edilməsi;
  • Yanacaq və kommunikasiya xərclərinə nəzarət;
  • Rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə ali təhsil;
  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (xüsusilə Excel);
  • Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
  • 1C 8.3 mühasibat proqramında işləmə bacarığı;
  • Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində bilik və təcrübə;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
  • Ofis etikası, nizam-intizam və subordinasiya qaydalarına riayət etmək;
  • Maliyyə sahəsində müvafiq beynəlxalq sertifikatlara sahib namizədlərə üstünlük verilir.

CV-lərinizi mövzu hissəsində "Maliyyə üzrə aparıcı mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq

  • Daily7
  • Weekly110
  • Monthly127