Teknomar AZE MMC Teknomar AZE MMC
  • 158

Teknomar AZE MMC

Satış müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış müdiri

  • Deadline 11 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təmsilçiliyini həyata keçirdiyimiz, Türkiyə mənşəli tibbi cihaz istehsalçısı və ixracatçısı olan şirkətimiz üçün Satış müdiri axtarılır

Öhdəliklər:

  • Xəstəxanalar, klinikalar və dövlət tibb müəssisələri ilə rəsmi və birbaşa əlaqələrin qurulması, inkişaf etdirilməsi;
  • Tibbi cihazların təqdimatı, tanıdılması və marketinq fəaliyyətlərinin idarə olunması;
  • Satış komandasının formalaşdırılması, idarə edilməsi və sistemli iş prinsipinin qurulması;
  • Müəyyən olunmuş satış hədəflərinə vaxtında və effektiv şəkildə çatmaq üçün strategiyaların hazırlanması;
  • Bazarın təhlili və potensial müştərilərin (tibb müəssisələrinin) müəyyən edilməsi.

Tələblər:

  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya Tibb/Biomedikal sahəsi üzrə təhsil üstünlükdür);
  • Təcrübə: Tibb və səhiyyə sektorunda satış sahəsi üzrə iş təcrübəsi (Tibbi cihazların satışı sahəsində təcrübəsi olanlara üstünlük verilir);
  • Yaş həddi: 30 - 45 yaş;
  • İdarəetmə bacarığı: Komanda ilə işləmək, liderlik, komandanı motivasiya etmək və idarəetmə qabiliyyəti;
  • Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və təqdimat bacarıqları, intizamlılıq, nəticəyə və satışa yönümlülük;
  • Hərbi xidmət: Kişi namizədlər üçün hərbi xidmətini başa vurmuş olması mütləqdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly38
  • Monthly1484