Telcon Telcon
  • 309

Telcon

IT

Dilerlərlə İş üzrə Menecer

  • Истекает 11 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz təhlükəsizlik, nəzarət və telekommunikasiya həlləri sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə diler şəbəkəsinin qurulması, inkişafı və idarə olunmasını həyata keçirəcək Dilerlərlə İş üzrə Menecer axtarırıq.

Əsas vəzifələr

  • Yeni dilerlərin cəlb olunması və diler şəbəkəsinin genişləndirilməsi
  • Mövcud dilerlərlə əlaqələrin idarə olunması və inkişaf etdirilməsi
  • Diler satışlarının və performansının izlənməsi
  • Satış planlarının icrasına nəzarət
  • Dilerlərə məhsul və həllərlə bağlı dəstək verilməsi
  • Bazarın və rəqabətin analizi
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Diler şəbəkəsinin idarə olunması və ya B2B satış sahəsində ciddi təcrübə
  • Təhlükəsizlik sistemləri, nəzarət həlləri və ya telekom avadanlıqları üzrə bilik və təcrübə
  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
  • Analitik düşüncə və nəticəyönümlü yanaşma
  • CRM və satış proseslərinin idarə olunması bacarığı
  • Müstəqil işləmək və qərar vermək qabiliyyəti

İş şəraiti

  • Tam iş günü
  • Stabil və inkişaf edən sahədə iş imkanı
  • Peşəkar və dinamik iş mühiti
  • Karyera yüksəlişi perspektivi

Əməkhaqqı

  • 1500 AZN sabit maaş + bonus sistemi
  • Bonuslar diler satış göstəricilərinə əsasən hesablanır
  • Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən edilir

Üstünlük veriləcək namizədlər

  • Hərbi xidmətini başa vurmuş namizədlərə üstünlük verilir, eyni zamanda hərbi xidmətə yararsız hesab edilən və ya çağırışa ən azı 2 il və daha çox vaxtı olan namizədlər də nəzərə alınır

CV-nizi mövzu hissəsində “Dilerlərlə İş üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily144
  • Weekly182
  • Monthly988