Təmiz Şəhər Təmiz Şəhər
  • 433

Maliyyə hesabatlılığı üzrə baş mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə hesabatlılığı üzrə baş mütəxəssis

  • Истекает 24 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • İllik maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında  hazırlanması və onalara aid qeyd lərin formalaşdırılması;
  • Kənar auditorlar və digər tərəflərlə davamlı və effektiv kommunikasiyanın təmin olunması;
  • Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
  • Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
  • Davamlı olaraq hesabatlılıq dövrünün səmərəliləşdirilməsi üçün vaxta və əməyə qənaət edilməsi üzrə tədbirlərin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.);
  • Mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi və qiymətləndirilməsi;
  • Müvafiq dövlət qurumlarına və rəhbərliyə təqdim olunacaq bütün növ hesabatların hazırlanması və təhlillərinin aparılması, zəruri məlumatların tələb olunan qaydada hazırlanaraq təqdim edilməsi;
  • Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.

Namizədə olan tələblər:

  • Maliyyə/mühasibatlıq, iqtisadiyyat üzrə ali təhsil;
  • Maliyyə, Hesabatlılıq, Büdcələmə sahələrində 4 il iş təcrübəsi
  • ERP sistemləri (SAP, 1 C 8.2, 8.3) və MS Office proqramlarında (o cümlədən MS Excel Macro) mükəmməl işləmə bacarığı 
  • Güclü analitik, təhlil etmə bacarıqları;
  • Kommunikasiya və təqdimatların hazırlanması bacarıqları;
  • Azərbaycan, ingilis və rus dillərinin yüksək səviyyədə biliyi;
  • ACCA (F3, F7, F8), CİMA və digər maliyyə və hesabatlılıq yönümlü sertifikasiyaların olması.
  • Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli

İş şəraiti:

  • Gündəlik tam iş günü rejimi
  • İş vaxtı: 09:00-18:00

Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsində “Maliyyə hesabatlılığı üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur. 

  • Daily0
  • Weekly558
  • Monthly383