Tempus Tempus
  • 220

Qrup rəhbəri (Nevroloji –Travmatoloji Qrup)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qrup rəhbəri (Nevroloji –Travmatoloji Qrup)

  • Deadline 2 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bölüm: Nevroloji –Travmatoloji Qrup

İş barədə məlumat:

  • Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
  • İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
  • Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi;
  • Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
  • Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
  • Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
  • Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür);
  • Nevro-travma üzrə portfeli olan namizədlərə üstünlük veriləcək;
  • Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir;
  • Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti;
  • Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq;
  • MS Office proqramları ilə işləmə bacarığı.

Şirkət təklif edir:

  • Rəqabətədavamlı əmək haqqı;
  • Peşəkar komanda ilə işləmək imkanı;
  • Karyera və inkişaf perspektivləri.

Müraciət qaydası:

Vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini mövzu hissəsində “Qrup rəhbəri” sözünü qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily9
  • Weekly594
  • Monthly1590