Vəzifə öhdəlikləri:
- Elektrik avadanlıqları, işıqlandırma sistemləri və çilçıraq məhsullarının satışı
- Müştərilərə məhsullar haqqında dolğun və dəqiq məlumatın verilməsi
- Sifarişlərin qəbul olunması və düzgün şəkildə təhvil verilməsi
- Mövcud və yeni müştərilərlə effektiv münasibətlərin qurulması
- Mağaza daxilində məhsul yerləşdirilməsi və tərtibatına nəzarət
- Satış hədəflərinə çatmaq və satış planını yerinə yetirmək
- Müştəri məlumatlarının və sifarişlərin sistemdə düzgün işlənməsi
- Mağazanın sosial şəbəkə hesablarında aktiv olmaq, məhsullarla bağlı post və hekayələr paylaşmaq
Tələblər:
- Xanım namizədlərə üstünlük verilir
- Yaş aralığı: 18–35 yaş
- Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq
- Yaxşı ünsiyyət və təqdimat bacarığı
- Komandada işləmək bacarığı
- Kompyuter proqramları üzrə biliklər: Outlook və MS Office proqramlarından (xüsusən Word) səmərəli istifadə bacarığı
İş şərtləri:
- Ünvan: Ağ Şəhər. Qarabağ Atları Meydanı. 3-cü Park küçəsi, 24.
- İş qrafiki: 6 günlük iş həftəsi (10:00 – 20:00)
- Rahat və stabil iş mühiti
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.