THEFERR Trade MMC THEFERR Trade MMC
  • 142

Ofis Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofis Meneceri

  • Deadline 11 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Şirkətə gələn qonaq və müştərilərin qarşılanması, müvafiq şəxslərə yönləndirilməsi, rəhbərliyin və qonaqların çay və kofe servisi ilə təmin edilməsi.
  • Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi.
  • Şirkətə daxil olan və göndərilən məktubların, sənədlərin və bağlamaların qəbulu, qeydiyyatı və müvafiq şəxslərə çatdırılması.
  • Görüşlərin və qonaq qəbullarının təşkili.
  • Ofisə aid sənədlərin hazırlanması, çapı, skan edilməsi və surətlərinin çıxarılması.
  • Müqavilə, məktub, ərizə, əmr və digər rəsmi sənədlərin çapı, skan edilməsi və sistemləşdirilməsi.
  • Sənədlərin aidiyyəti struktur bölmələrə və əməkdaşlara vaxtında çatdırılmasının təmin edilməsi.
  • Sənədlərin elektron və fiziki arxivinin yaradılması, sistemləşdirilməsi və mühafizəsinin təmin edilməsi.
  • Daxil olan elektron poçtların izlənilməsi və aidiyyəti şəxslərə yönləndirilməsi.
  • Ofis ləvazimatlarına nəzarət edilməsi və zərurət yarandıqda sifarişlərin təşkili.
  • Ofisin ümumi səliqə-sahmanına və işgüzar mühitinin qorunmasına nəzarət edilməsi.
  • Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Tələblər

  • Təhsil: Ali təhsil.
  • İş təcrübəsi: Müvafiq sahədə 1–2 il iş təcrübəsi arzuolunandır.
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst).
  • Kompüter bilikləri: MS Office proqramları (Word, Excel, Outlook, PowerPoint).

Şəxsi keyfiyyətlər:

  • Yüksək ünsiyyət və kommunikasiya bacarığı;
  • Səliqəli və məsuliyyətli olmaq;
  • Nəzakətli və xoş ünsiyyət qurmaq bacarığı;
  • Təşkilatçılıq və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Diqqətlilik və detallara önəm vermək;
  • İşgüzar etika və məxfilik qaydalarına riayət etmək.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə (09:00–18:00)
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunur.
  • Ünvan: Çinar Plaza, Heydər Əliyev prospekti 152.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily120
  • Weekly158
  • Monthly742