Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 357

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Səhiyyə , Dövlət qurumu

İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi

  • Deadline 7 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (tibb, ictimai səhiyyə, səhiyyə menecmenti və s.)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Tibbi xidmətin təşkilinin əsasları
  • İctimai səhiyyənin əsasları
  • MS Office (word, excel, power point, visio) proqramlarında işləmək bacarığı - yaxşı səviyyədə
  • Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
  • İctimai səhiyyə, layihələrin idarəolunması və data analitikası üzrə sertifikatların olması arzuolunandır

 Bacarıqlara dair tələblər: 

  • Komanda işi;
  • Nəticəyönümlülük;
  • Məsuliyyətlilik;
  • Analitik düşüncə;
  • Kritik təhliletmə.

İşin təsviri

  • Tibbi xidmətlərin təşkili proseslərinin təhlil olunması
  • Tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində yeni layihə və təkliflərin hazırlanması
  • İlkin səhiyyə xidmətləri üzrə normativ hüquqi bazanın öyrənilməsi
  • İlkin səhiyyə xidmətlərində dəyişikliklərin təhlili yönündə təkliflərin hazırlanması
  • Aylıq və illik hesabatların hazırlanması

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
  • Mövzu sətrində Xidmətlərin təkmilləşdirilməsi şöbəsi – aparıcı məsləhətçiqeyd olunmalıdır

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly524
  • Monthly404