Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 662

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Healthcare , Government

Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis

  • Deadline 17 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edir:

Mövcud iş yeri:

  • “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs

Əmək haqqı:

  • Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibb təhsili
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • Komandada işləmə;
  • Məsuliyyətlilik;
  • Nəticəyönümlülük;
  • Təşkilatçılıq;
  • İntizamlılıq.

İşin təsviri:

  • TƏBİB-in Keyfiyyətin İdarə Olunması Şöbəsi ilə koordinasiyalı şəkildə təsdiq edilmiş keyfiyyət standartlarının tətbiqini təmin etmək;
  • TƏBİB-dən daxil olan sənədlər əsasında tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartlarına dair sənədləri hazırlamaq, ehtiyac olduqda yeniləmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
  • Təsdiq olunmuş standartlar əsasında müəssisə rəhbəri ilə birlikdə şöbələr üzrə hədəfləri müəyyən edib iş planı hazırlamaq;
  • TƏBİB tərəfindən keyfiyyətin idarə olunmasına dair göndərilən sənədləri aidiyyəti şöbələrə çatdırmaq və qeydiyyatını aparmaq;
  • Keyfiyyətin idarə edilməsi ilə bağlı təlim planı hazırlamaq, təlimləri təşkil edib qeydiyyatını aparmaq;
  • Keyfiyyət standartlarının tətbiqində yaranan problemlərlə bağlı maraqlı tərəflərin iştirakı ilə iclaslar keçirmək və protokollaşdırmaq;
  • İnfeksiyaların profilaktikası və nəzarət üzrə komitələrin hesabatlarını toplamaq, təhlil etmək və keyfiyyət üzrə hesabatlara daxil etmək;
  • Arzuolunmaz hadisələrin qeydiyyatı və protokollaşdırılmasını təşkil etmək, korreksiyaedici və preventiv tədbirlərin icrasına nəzarət etmək;
  • Keyfiyyət standartlarının tətbiqi üzrə dövri hesabatları qiymətləndirmə meyarlarına uyğun hazırlayıb TƏBİB-ə təqdim etmək;
  • Hesabatların nəticələrini müzakirə etmək üçün rəhbərlik və maraqlı tərəflərlə iclaslar təşkil edib protokollaşdırmaq.

Müraciət qaydası:

  • CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində Salyan RMX – Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssisqeyd olunmalıdır;

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily151
  • Weekly362
  • Monthly725