Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 498

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Здравоохранение , Government

Korporativ əməkdaşlıq şöbəsi – Aparıcı məsləhətçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Korporativ əməkdaşlıq şöbəsi – Aparıcı məsləhətçi

  • Истекает 26 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri:  Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • İqtisadiyyat, tibb və idarəetmə sahəsi üzrə ali təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: ingilis dili – yaxşı (arzuolunan)
  • Kompüter bilikləri: MS Office proqramları yüksək səviyyədə

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
  • Məsuliyyətlilik
  • Dürüstlük və etibarlılıq
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Aktiv dinləmə bacarığı
  • Araşdırmaq və yenilikləri tətbiq etmək
  • Yaradıcı düşüncəyə sahib olmaq

İşin təsviri:

  • Şöbənin fəaliyyət istiqaməti üzrə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparır və layihə konsepsiya sənədlərinin tərtibində iştirak edir;
  • Rəsmi yazışmaların və danışıqların həyata keçirilməsində aparıcı fəaliyyəti təmin edir;
  • Korporativ əlaqələr istiqamətində potensial tərəfdaşları müəyyən etmək;
  • Korporativ əməkdaşlıq istiqamətində təkliflərin hazırlanması üzrə tapşırıqları icra edir;
  • Qurulan əməkdaşlıqlar üzrə prosesləri koordinasiya etmək və yaranan problemləri aradan qaldırmaq;
  • Dövlət - özəl tərəfdaşlığı istiqamətində təkliflər vermək, özəl tərəfdaşlarla əməkdaşlıqların qurulmasını təmin etmək;
  • Korporativ Sosial Məsuliyyət çərçivəsində layihələr üçün təkliflər verir və layihələrin hazırlanmasında iştirak edir;
  • Tibbi turizm üzrə yerli və beynəlxalq sərgilərin təşkil edilməsinə dəstək göstərmək;
  • Tapşırıqların icra statuslarının təqib edilməsi və uğurlu nəticənin təmin edilməsi, lazım gəldikdə əlavə strukturların işə cəlb olunması ilə bağlı təkliflər verir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatların, məlumatların hazırlanması istiqamətində fəaliyyət göstərir və digər vəzifələri yerinə yetirir.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində Korporativ əməkdaşlıq şöbəsi – Aparıcı məsləhətçiqeyd olunmalıdır;

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

  • Daily135
  • Weekly135
  • Monthly1415