Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 658

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Səhiyyə , Dövlət qurumu

Layihələrin idarəolunması şöbəsi – aparıcı məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihələrin idarəolunması şöbəsi – aparıcı məsləhətçi

  • Deadline 26 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Strateji inkişaf departamentinin Layihələrin idarəolunması şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil – tibbi, idarəetmə və iqtisadiyyat
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Dil bilikləri: İngilis dili (arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Kommunikasiya
  • Məsuliyyətlilik
  • Nizam – intizamlılıq
  • Nəticəyönümlülük
  • Təşkilatçılıq bacarıqları

İşin təsviri:

  • Layihənin müvafiq qaydalara, standartlara və təlimatlara uyğunluğunu yoxlamaq;
  • Layihələrin icrası zamanı yaranan problemləri və gecikmələrin səbəblərini müəyyən etmək;
  • Layihələrdə resursların istifadəsinə nəzarət etmək;
  • Layihənin gedişatını və performansını davamlı olaraq izləmək;
  • Layihənin sponsorlarına və maraqlı tərəflərə müntəzəm status hesabatlarını hazırlamaq və çatdırmaq;
  • Səhiyyə sahəsindəki layihələrin strateji istiqamətlərini müəyyən etmək üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
  • TƏBİB-in strateji planına uyğun olaraq digər struktur bölmələrlə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;
  • İnkişaf etməkdə olan texnologiyalar və səhiyyə innovasiyalarından xəbərdar olmaq.

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində Layihələrin idarəolunması şöbəsi – aparıcı məsləhətçiqeyd olunmalıdır;

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly0
  • Monthly1282