Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Healthcare , Government

Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı (Bakı və Şamaxı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı (Bakı və Şamaxı)

  • Deadline 23 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (Bakı və Şamaxı üzrə)

Əməkhaqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Orta ixtisas tibb təhsili;
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 
  • Operativlik
  • Təmkinlilik
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Ünsiyyət bacarığı.

İşin təsviri:

  • Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;
  • Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;
  • Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;
  • Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;
  • Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.

Əlavə qeydlər: İş qrafiki: növbəli

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;
  • CV-lər 05.01.2026-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly175
  • Monthly1855