Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 707

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Здравоохранение , Government

Qazanxanaçı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qazanxanaçı

  • Истекает 23 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qazanxanaçı vəzifəsi üzrə vakant yerlər elan edir.

İş yeri: 

Xocasən Sağlamlıq Mərkəzi

Əmək haqqı:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Orta ixtisas (texniki ixtisaslar üzrə)
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübə
  • Müvafiq sahə ilə bağlı sertifikat (şəhadətnamə)

İşin təsviri:

  • Qazanxananın fasiləsiz işləməsini təmin etmək;
  • Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət etmək;
  • Nasos, mühərrik və digər mexanizmlərin iş fəaliyyətinə hakim olmaq, qazanxana sisteminin sxemi və xarakteristikası tələblərini icra etmək;
  • Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işini təmin etmək;
  • Xidmət edilən avadanlığı işə salmaq, dayandırmaq və sınamaq;
  • Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət etmək;
  • Yanacaq sərfinin uçotunu aparmaq.

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • CV;
  • Sahə ilə bağlı sertifikatın (şəhadətnamənin) surəti.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV qeyd edilmiş elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Xocasən Sağlamlıq Mərkəzi – Qazanxanaçı) qeyd olunmalıdır;
  • CV-lər 05.12.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

  • Daily19
  • Weekly547
  • Monthly2190