İş yeri:
- Bakı şəhəri
Əməkhaqqı:
- “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali və ya orta texniki təhsil
- Sahə üzrə 1 il iş təcrübəsi
- Sahə üzrə müvafiq sertifikat
- Texniki təhlükəsizlik qaydalarını bilməli
- Elektrik sxemlərini oxumağı bacarmalı
İşin təsviri
- İnzibati binanın elektrik enerjisinin fasiləsiz işinin təmin edilməsi;
- Avadanlıqların elektrik hissələrinin təhlükəsiz işləməsinin təmin edilməsi;
- Elektrik montajı, qoşulması, təmiri və texniki xidməti üzrə işlərin təşkil edilməsi;
- Meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə edilməsi;
- İllik baxım planına uyğun olaraq tədbirlərin görülməsi;
- İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət edilməsi;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Respublika Perinatal Mərkəz-elektrik) qeyd olunmalıdır;
- CV-lər 17.11.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.