Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 186

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Healthcare , Government

Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçi

  • Deadline 12 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: 

  • Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı:

  • Rəqabətədavamlı əməkhaqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (tibbi, iqtisadi və ya idarəetmə)
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis dili və rus dili – sərbəst;

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

  • İdarəetmə
  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə olunması
  • Mentorluq
  • Problem həll etmə
  • Qərar vermə
  • Planlama və təşkiletmə

İşin təsviri:

  • Təlim və inkişaf ehtiyaclarının araşdırılması və işçilər üçün fərdi inkişaf planının hazırlanması
  • Əməkdaşlıq üçün müraciət etmiş kənar təlim təşkilatları ilə zərurət yarandığı halda xidməti danışıqların aparılması
  • Təlim layihələri və proqramları tərtib edilərkən bütün təşkilati işlərin qaydasında olmasına nəzarət edilməsi
  • Cari və planlaşdırılan layihələrin təlimçilərinin öncədən müəyyən edilməsi və ikitərəfli qaydada razılaşdırılması
  • Plandan kənar təlimə göndərilmə ilə bağlı müraciətlərin araşdırılması
  • Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşdirilməsi üçün sorğuların  təşkil edilməsi
  • Təlim modullarının və proqramlarının dizayn edilməsi
  • Test bazasını formalaşdırılması və yenilənməsi
  • Elektron təlim (E-learning) prosesinin təşkil edilməsi
  • Təlimlərə dair müxtəlif komissiyalar və işçi qrupları ilə əməkdaşlıq edilməsi
  • Fəaliyyətin müxtəlif parametrlər üzrə qiymətləndirilməsi

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV qeyd edilmiş elektron poçt ünvanına göndərilməlidir.
  • Mövzu sətrində Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsi - baş məsləhətçiqeyd olunmalıdır
  • CV-lər 11 dekabr, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily94
  • Weekly329
  • Monthly2003