Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
  • 622

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

Səhiyyə , Dövlət qurumu

Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinə Aparıcı məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinə Aparıcı məsləhətçi

  • Deadline 7 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tibbi sığorta departamentinin Sığorta işinin təşkili şöbəsinə Aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (Tibb, səhiyyənin təşkili və ya iqtisadi sahələr üzrə)
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: Rus və ingilis dili – yaxşı
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Nəticəyönümlülük
  • Planlama və təşkiletmə

İşin təsviri:

  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək
  • TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək
  • Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onları fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq
  • Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən sığorta məbləğindən edilən kəsintilərin səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasına nəzarət etmək
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasında iştirak etmək
  • Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə aylıq, rüblük və illik hesabatlar hazırlamaq və şöbə müdirinə təqdim etmək

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
  • Mövzu sətrində Sığorta işinin təşkili şöbəsi – Aparıcı məsləhətçiqeyd olunmalıdır;

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Daily19
  • Weekly682
  • Monthly562