İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat
- Nahar təminatı
- Əmək haqqı: 2000-3000 AZN
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Elektron qaimələrin yazılması, təhvil - təslim aktları hazırlanılması;
- New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Əsas vəsaitlərin uçotu.Amortizasiya və Təmir xərclərinin hesablanması.Təmir xərclərinin qüsur-quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması
- İstehsalın uçotu(istehsal məhsulunun spesifikasiyalarının hazırlanması,hazır məhsul anbarına nəzarət)
- Tikinti layihələri üzrə material və sair xərclərin texniki uçot(M-29) və F2-lər üzrə silinməsi
- Mal-material hərəkəti ilə bağlı məlumatların və hesabatların hazırlanması
- Elektron qaimələrin qəbulu,yoxlanılması və 1C proqramına işlənilməsi
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR:
- Ali təhsil (Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə)
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı (yaxşı səviyyədə)
- Debitor və ya kreditor üzləşmələr üzrə təcrübə
- Mühasibatlıq və qanunvericilik bilikləri
Proqram bacarıqları:
- 1C 8.3 proqramında iş təcrübəsi
- Excel-də yüksək səviyyədə işləmə bacarığı
- e-gov.az, e-taxes.gov.az və e-sosial.az portallarında işləmək bacarığı
Hesablama və analitik bacarıqlar:
- Dəqiqlik və sürətli hesablama
- Analitik təhlil və əmək haqqı optimallaşdırması
- Büdcə planlaşdırma sahəsində anlayış
Şəxsi keyfiyyətlər:
- Yaş həddi: 25-40 yaş
- Məsuliyyətli, diqqətli və konfidensiallığı qoruma bacarığı
- Etik davranış və komanda ilə işləmə qabiliyyəti
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.