Tiko Azərbaycan MMC Tiko Azərbaycan MMC

Risklərin idarə edilməsi şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin idarə edilməsi şöbəsinin rəhbəri

  • Deadline 27 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Şirkət üzrə risklərin idarə edilməsi strategiyasının, siyasətinin və metodologiyasının hazırlanması və tətbiqinə rəhbərlik etmək;
  • Əməliyyat, maliyyə, texnoloji və digər risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və minimallaşdırılması proseslərini idarə etmək;
  • Risklərin idarə edilməsi və daxili nəzarət sisteminin effektivliyini təmin etmək;
  • Baş vermiş insidentlərin araşdırılmasına, kök səbəblərinin müəyyənləşdirilməsinə və qabaqlayıcı tədbirlərin hazırlanmasına rəhbərlik etmək;
  • Yeni məhsul, xidmət, layihə və biznes proseslərinin risk əsaslı qiymətləndirilməsini təmin etmək;
  • Risklərin və nəzarət tədbirlərinin özünüqiymətləndirilməsi (RCSA) prosesini təşkil etmək və idarə etmək;
  • Əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi, monitorinqi və risk hesabatlılığı sisteminin qurulmasını təmin etmək;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının elektron pul və ödəniş təşkilatlarına dair normativ tələblərinə uyğunluğun təmin edilməsi istiqamətində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Risklərin idarə edilməsi üzrə daxili normativ sənədlərin hazırlanmasına və təkmilləşdirilməsinə rəhbərlik etmək;
  • Risklər üzrə mütəmadi hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkət üzrə risk mədəniyyətinin formalaşdırılmasını və əməkdaşların maarifləndirilməsini təmin etmək.

Namizədə dair tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahələr üzrə);
  • Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya uyğunluq (Compliance) sahəsində minimum 3-5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür;
  • Azərbaycan və ingilis dili sərbəst, rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir;
  • Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu və Mərkəzi Bankın elektron pul və ödəniş təşkilatlarına dair normativ hüquqi aktları üzrə biliklər;
  • Risklərin idarə edilməsi, RCSA, KRI və daxili nəzarət metodologiyaları üzrə praktiki biliklər;
  • ISO 31000, COSO ERM və digər beynəlxalq risk idarəetmə standartları üzrə biliklər;
  • Strateji və analitik düşünmə, problem həll etmə bacarığı;
  • Effektiv kommunikasiya bacarıqları;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly477
  • Monthly1941