İş şəraiti:
- Format Hibrid — ofis + sahə işi, Bakı
- Müddət 3 ay (tam ştat imkanı ilə)
Masam haqqında:
Masam.az — restoran rezervasiyası və əməliyyat idarəetməsi üçün iki tərəfli platformadır. Qonaqlar masa bron edir, 360° turlar görür, AI köməkçisindən istifadə edir; restoran tərəfdaşları isə canlı məkan idarəetməsi, CRM və analitika alır.
Vəzifələr:
- Bakı üzrə potensial restoran tərəfdaşlarının müəyyənləşdirilməsi və əlaqə siyahısının formalaşdırılması
- Restoran sahibləri və menecerləri ilə ilkin görüşlərin təşkili və aparılması
- Masam.az platformasının canlı demo nümayişlərinin keçirilməsi
- Tərəfdaşlıq şərtlərinin müzakirəsi və müqavilə bağlanması prosesinin idarə edilməsi
- Qeydiyyat sonrası onboarding mərhələsində restoran tərəfdaşlarına dəstək göstərilməsi
- CRM sisteminə məlumatların daxil edilməsi, satış boru kəmərinin izlənməsi
- Bazar araşdırması, rəqib analizi və satış strategiyasının təkmilləşdirilməsinə töhfə
- Komanda ilə həftəlik nəticə icmalı və hesabat hazırlanması
Tələblər:
- Ali təhsil (davam edən və ya bitmiş) — biznes, marketinq, iqtisadiyyat, hüquq və ya əlaqəli sahə
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları — Azərbaycan dili əla, ingilis və rus dili üstünlük
- Satış, müştəri xidməti və ya B2B ünsiyyət sahəsində əvvəlki təcrübə artı sayılır
- Əsas kompüter bacarıqları; CRM alətlərinə aşinalıq üstünlük kimi qəbul edilir
- Müstəqil işləmək, prioritetləri idarə etmək və sürətli mühitə uyğunlaşmaq bacarığı
- Sürücülük vəsiqəsi və ya şəhər daxili mobillik — üstünlük
Təklif edirik:
- Startap ekosisteminə tam qoşulma — məhsul qərarları, investor görüşləri, komanda müzakirələri
- Qurucularla bilavasitə iş — bürokratiyasız, real məsuliyyətlə
- Nəticəyə əsaslı bonus sistemi
- Yüksək nəticə göstərən təcrübəçilərə tam ştat vəzifəsi təklif edilir
Müraciət:
Maraqlanan namizədlər cv-lərini [email protected] və ya [email protected] ünvanlarına göndərə bilərlər.
Mövzu: "Satış Təcrübəçisi — [Ad Soyad]"
CV və qısa motivasiya məktubu əlavə edin.